Ana səhifə / Zavodlar / Məhsullar / Hesabatlar / Əlaqə

AZƏRBAYCAN RESPÜBLİKASININ "AZNEFTKİMYAMAŞ" AÇIQ SƏHMBAR CƏMİYYƏTİ (ASC) HAQQINDA QISA MƏLUMAT

HÖRMƏTLİ CƏNABLAR!

Azərbaycan Respublikası "Azneftkimyamaş" Açıq Səhmdar Cəmiyyətinin, onun Törəmə Səhmdar Cəmiyyətlərinin əsas məqsədi rəqabətqabiliyyətli neft-qaz, geoloji-kəşfiyyat, həmçinin neftkimya sənayesi avadanlıqlarmı, onlar üçün lazımi alət və ehtiyat hissələrini işləmək və hazırlamaqdır. Cəmiyyətimiz bizim maşın və mexanizmlərin istismarı dövründə təmir və servis xidmətləri göstərməyə hazırdır.

Biz istehsal etdiyimiz avadanlığm keyfiyyətinin yüksəldilməsi üzərində müntəzəm olaraq çalışırıq. Ayrı-ayrı məmulatlar üzrə Amerika Neft İnstitutu monoqramları əldə etməyə nail olmuşuq. Burada neft-qaz avadanlıqlarının rəqabət qabiliyyətinin artırılması üçün konkret proqramlar hazırlanır və həyata keçirilir.

Ümüdvarıq ki, bizimlə əməkdaşlığınız qarşılıqlı faydalı olacaqdır.

Biz Sizi ofisimizdə qəbul etməyə və Sizə lazımi məlumatlar verməyə hazırıq.

ƏLİ QARAXANOV
"Azneftkimyamaş" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri

Back to Top